Ötən gün özünə məxsus yaxtadan enərkən müvazinətini itirərək beton döşəməyə yıxılan Orhan Gencebayın səhhəti normaldır.

Mia.az xəbər verir ki,  bu barədə onun həyat yoldaşı Sevim Elif Emre Gencebay telefonla "CNN Türk"ə açıqlama verib. 

O bildirib ki, Anadoluhisarıda restoranda ailəvi yemək yedikdən sonra yaxtaları ilə Baltalimanıdakı malikanəsinə gediblər: "Yaxtadan enərkən Orxan Gencebay beton döşəməyə yıxıldı. Onu oğlum və gəlinimlə birgə dərhal xəstəxaya apardıq.  Şükür ki, ayağında qırıq yoxdur. Ancaq yaqları qapqara olub, əti bərk əzilıib. Həkimlər də dedi ki, sümüyün qırılmamamsı möcüzədir. Hazırda karsetlə gəzir. İnşallah, 3-4 günə sərbəst gəzə biləcək".

Sevim Elif Emre Gencebay deyib ki, əri yaxtadan enərkən tələsib: "O səbəbdən yıxıldı". 

Ləman

MİA.AZ