İstanbulda konsertdən çıxan müğənni güllələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şəhərin Avcılar rayonunun Ambarlı məhəlləsində gecəyarısı konsertdən çıxan 20 yaşlı müğənni Erkan Doğanay avtomobildən atəşə tutulub.

Məlumata görə, atəş nəticəsində müğənni qarın və sinə nahiyəsindən 6 güllə yarası alıb: "Ağır vəziyyətdə olan müğənni taksi ilə yaxınlıqdakı özəl xəstəxanaya çatırılıb. Onun üzərində əməliyyat keçirilib, səhhəti çox ağır olaraq qalır".

Məlumatda o da deyilir ki, güllələnən müğənni məşhur müğənnilər Uyqar Doğanay və Gökhan Doğanayın əmisi oğludur.

Hadiisə oə bağlı Uyqar Doğanay sosial media hesabından paylaşım edib.

O, əmisi oğlunu güllələyənləri şərəfsiz adlandırıb: "20 yaşlı uşağı pusquya salıb vuracaq qədər alçaqsınız, qorxaqsınız. Şərəfiniz yoxdur sizin. Sizə şərəfli olmağı da öyrədəcəyik. Bundan sonra xeyirli olsun!".

Faktla bağlı polis geniş çaplı araşdırma aparır.

Hələlik hadisəni kim və ya kimlərin niyə törətdiyi bəlli deyil.

Ləman 

Mia.az