Müğənni İbrahim Tatlısəsin uşaq aktrisa Beren Gökyıldıza sosial media hesabından "Arıqla" mesajı verməsi məşhur aparıcını qəzəbləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün İbrahim Tatlısəs əvvəldən tanıdığı Beren Gökyıldıza ünvanlı tvit atıb.

"Yaşıl Vadinin Qızı" serialında rol alan Beren Gökyıldıza məsləhət verən Tatlısəs onun ən azı 5-6 kilo arıqlamasının vacib olduğunu bildirib: "Arıqlayanda yanaqlarının şişi də çəkiləcək.  Mən gözəl qızımızı Ankarada professorun kababxanasında görmüşəm, inşallah kabab sevdası sürməz. Qardaşının sözünə qulaq assa, sevinərəm. Uğurlar, qızım. Səni izləyirəm".

Müğənninin bu məsləhət xarakterli mesajına isə həftə içi hər gün Star TV ekranlarında "Gerçəyin ardınca" verilişini təqdim edən məşhur aparıcı Serap Paköz bu gün sərt reaksiya verib.

O, Tviter hesabında yazıb: "Şiddətə meylli insanların əli dayansa, ağzı durmaz. İbrahim Tatlısəs bu ölkədə şiddətin ağababasıdır. Fiziki zorakılıq edə bilməyəndə, psixoloji zorakılığa əl atır. Təəccübləndikmi? Mən hHeç təəccüblənmədim. Şiddət tərəfdarı olmaq bir xarakter problemidir və o şəxs özünü bundan kənarda görə bilməz. Hələ "İmperator" deyə onu baş tacı sayanlar da ən azı onun kqədər təxribatçıdır"

Ləman

MİA.AZ