“Kurtlar Vadisi” serialının ssenari müəllifləri Bahadır Özdener, Raci Şaşmaz və məsləhətçisi Soner Yalçın yeni mafiya serialının hazırlıqlarına başlayıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə türkiyəli məşhur jurnalist Sina Koloğlu köşəsində məlumat verib.

O, son illər ölkədə baş verın sensasiyalı qətllərə diqqət çəkərək bildirib ki, İstanbul gerçəkdən mafiya toqquşmalarının şəhərinə çevrilib: "Siz son illər mediada  baş verən səs-küylü hadisələrə bağlı atılan manşetlərə diqqət edin: "İstanbul Başakşehir əcnəbi nafiyaların döyüş meydanına çevrilib", "İstanbul Balkan mafiyasının evinə çevrilib", "Serb mafiya lideri Vukotiç İstanbulda öldürüldü", "Serb mütəşəkkil cinayətkar qruplaşmanın üzvü İstanbulda tutuldu", "Azərbaycan mafiya lideri Elnur Qasımov küçənin ortasında öldürüldü" və s. 

Bütün bunlar sadəcə küçə müharibələridir, yoxsa bunun siyasi tərəfi var? 

Bu məsələ ətrafında çox şeylər deyilir. Mənə çatan məlumata görə, İstanbulda baş verən hadisələri özündə əks etdirəcək yeni bir serialın ssenarisi yazılır. Soner Yalçın, Bahadır Özdener və Racı Şaşmaz "Kurtlar Vadisi"ndə bir arada idi. İndi də yeni serial üçün bir araya gəliblər. 

İndi əsas sual budur: bu serial hansı kanalda yayımlanacaq?

Məncə, yeni mafiya serialı "Netflix" üçün çəkiləcək...".

Ləman

MİA.AZ