Bir müddətdir həyat yoldaşı Halit Ergenç və uşaqları ilə Britaniyada yaşayan Bergüzar Korel "On saniyə" filminin çəkilişlərinə başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tanınmış aktrisa bu filmin çəkilişlərini bitirməmiş yeni seriala dəvət alıb.
Bu barədə Türkiyə mətbuatına açıqlama verən jurnalist Birsen Altuntaşın sözlərinə görə, məşhur aktrisa Bige Önal ilə baş rolda oynadığı "On Saniyə" filminə paralel olaraq "Kanlı Yayın" serialının çəkilişlərinə də qatılacaq: "Can Ülkayın rejissoru olduğu serialda Bergüzar Korelin canlandıracağı "Neslihan Turhan"ın dostu olan müfəttiş "Nejatı" obrazını Caner Cindoruk oynayacaq. Serkan Altunorak isə Neslihan Turhanın həyat yoldaşı professor Vuralı canlandıracaq".
Məlumata görə, "Kanlı yayın"ın əsas süjet xətti Leyla adlı gənc qızın cəsədinin 3 dostu tərəfindən gizli basdırılmasından bəhs edəcək.
Ləman
MİA.AZ