“Kurtlar Vadisi” serialındakı “Elif” obrazı sevilən məşhur aktrisa Özgü Namalın 9 illik fasilədən sonra yeni çəkilişinə başlanacağı serialdan alacağı maaş duyanları heyrətə salıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur aktrisa “Qırmızı qönçələr” serialının hər bölümü üçün 700000 tl (təxminən 46 min manat) pul alacaq.

Türkiyənin "10Haber" saytında dərc olunan Müge Dağıstanlının xəbərinə görə, serialda "Meryem" obrazına həyat verəcək Özgü Namal serialın bölümlərinin çəkiliş saatlarını da öz qrafikinə uyğun aparılmasını tələb edib.

Məlumata görə, rejissor buna da razılıq verib.

Qeyd edək ki, 9 illik fasilədən sonra “Qırmızı qönçələr” serialına çəkiləcək Özgü Namal məşhur müğənni və aktyor Özcan Dənizlə birgə baş rolda oynayacaq.

Onu da xatırladaq ki, 2020-ci ildə həyat yoldaşı Ahmet Serdarı itirən Özgü Namal ən son 2014-cü ildə "Merhamet" serialında rol alıb.

Ləman

MİA.AZ