Məşhur aktyor Robert De Nironun iyulun 3-də vəfat edən 19 yaşlı nəvəsinin ölüm səbəbi bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məşhur aktyorun qızı, yəni, vəfat edən Leandro De Nirounun 51 yaşlı anası Drena bu gün açıqlama verib.

Anası bildirib ki, oğlu narkotik istifadəçisi olub və ona "patı" satılıb: "Oğlum həblər qəbul edərək ölüb. Biz bilmirik, o, bu "patı"nı kimdən alıb. Amma ona satan bilə-bilə ki, bu, ona zərər edəcək, verib...".

Aktyorun anası oğlunun ölümünə səbəb olan şəxs və ya şəxslərin aşkarlanmasını tələb edib.

Xatırladaq ki, Leandro babası kimi aktyor olmaq istəyib. O, “Ulduz doğulur”, “Kabare Maksim”, “Kolleksiya” kimi filmlərdə rol alıb.

Ləman

MİA.AZ