Vaxtilə ATV-də yayımlanan ən reytinqli seriallardan olan “Bir Zamanlar Çukurova”nın “Qaffur”u sənəti buraxıb.
Mia.az xəbər verir ki, bu barədə “Qaffur” obrazı ilə daha çox tanınan Bülənt Polat "İnstagram"dakı hesabında açıqlama və fotolar yayıb.
O bildirib ki, artıq 1.5 ildir aktyorluğa ara verib: "Ailəmlə birgə elə 1.5 il əvvəl Çanaqqalaya köçərək burada torpaq sahəsi aldım. Burada gecə-gündüz çalışaraq şəxsi təsərrüfatımızı qururuq".
Aktyor bildirib ki, bu ərazinin hər qarışında alın təri var: "Buranın hasarını da özüm hörmüşəm. Bura bizim ailənin təsərrüfatı olacaq. Burada təkcə əkin əkməyəcəyik, burada dovşandan tutmuş quzulara qədər hər şey olacaq...."
Ləman
MİA.AZ