Ötən gün Şəmkirə sünnət toyuna dəvət olunan türkiyəli müğənni Ebru Gündəş azərbaycanlı müğənni, "Azəri qızı Günel" kimi tanınan Günelin həmin toya dəvətinə mane olub.
Mia.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan Günel "İnstagram"dakı hesabında "od püskürüb".
O, illər əvvəl iranlı iş adamı Rza Zərraba görə küslü olduğu Ebru Gündeşin ona Azərbaycanda verəcəyi konsertə (Əslində, Şəmkirdəki toyu nəzərdə tutur- Mia.az) qarşısını aldığını iddia edib: "Ebru Gündeş, blirsənmi, ruziyə mane olanların cəzası böyükdür. Mən 25 illik sənət həyatımda heç kimə paxıllıq etməmişəm, heç kimim ruzisinə mane olmamışam, hətta düşmənçilik də göstərməmişəm...
Hələ də nə dava edirsən? Nə istəyirsən? Hər şey bitdi. Olan oldu, keçən keçdi. Amma sən pis qəlblisən, qorxaqsan...
Qorxma, biz qonaqpərvər xalqıq. Biz qonaqlara pislik etmirik... Azərbaycan xalqını bilirsən axı...".
Günel daha sonra deyib ki, Gündeş Azərbaycandakı təşkilatçılara onunla səhnəyə çıxmaqdan narahat olacağını bildirib və "Günül gəlsə, mən gəlmirəm" şərtini qoyub.
Xatırladaq ki, müğənni Ebru Gündeş ötən gün Şəmkirin Şiştəpə kəndində iş adamı Aydın Musayevin nəvələrinin sünnət toyunda oxuyub.
Lamiyə
MİA.AZ