İyulda nümayişi gözlənilən "Barbie" filmi hələ efirə çıxmamış Vyetnamda qadağan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Çinin strateji yol dövlət planında öz əksini tapan xəritədən filmdə istifadə olunmasıdır. O xəritə ki, Çin Vyetnamın bir hissəsini də öz ərazisi sayır: "Çin hökumətinin qəbul etdiyi doqquz zolaqlı xətt Vyetnamın suverenliyini pozur. Bu doqquz zolaqlı xəritənin filmə daxil edilməsi Vyetnamda böyük narazılıq yaradıb. Ona görə də iyulun 20-də yayıma çıxacaq filmə qadağa qoyulub".

Məsələ ilə bağlı açıqlama verən Vyetnam Kino Departamentinin direktoru Vi Kien Thanh bu vəziyyətin olduqca narahatedici olduğunu bildirib: "Hollywood prodakşnları filmlərində Asiya regionuna istinadlarda hər bir ölkənin mədəni həssaslıqlarına və siyasi dinamikasına hörmətlə yanaşmalıdırlar".

Xəbərdə o da qeyd olunur ki, bu qadağa həm bölgədə, həm də Çində müəyyən narahatlıqlara səbəb olub.

Ləman

MİA.AZ