Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiqlənib.

Mia.az nazirliyə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.

Məlumata görə, Fərid Qurbanzadə Vidadi oğlu Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Əliyev Rahib oğlu - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Mia.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov isə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib.

***

Mədəniyyət Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

Məlumata görə, Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev vəzifəsindən azad edilib.

O, bundan sonra öz fəaliyyətini Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi kimi davam etdirəcək.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə isə Fərid Qurbanzadə təyinat alıb.

O, bu təyinata qədər Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Fərid Qurbanzadənin əvvəlki vəzifəsinə isə hələlik təyinat olmayıb(Bizim.Media)

MİA.AZ