1 il əvvəl Türkiyədə xidmətə başlayan "Disney Plus" film yayımçısı ani bir qərarla Türkiyə istehsalı olan serial və filmləri platformadan çıxarıb.

Mia.az xəbər verir ki, yayım platformasının bu qərarı hamının daha çox Receb İvedik kimi tanıdığı Şahan Gökbakarı da çox qəzəbləndirib.

Belə ki, platforma ani qərarla onun baş rolda çıxış elədiyi  "Recep İvedik 7" filmini də yayımdan çıxarıb.

Bu barədə  sosial media hesabında paylaşım edən Gökbakar filmi üçün pul ödəyən izləyicilərdən üzr istəyərək yazıb: "Disney prezidenti Bob İgerin qərarı ilə strategiyalarını dəyişdilər. Və onlar bir çox ölkədə yerli məzmunu platformadan çıxarıblar. Mən yaxşı bilirəm ki, Disney+ Türkiyə rəhbərliyi Bob İgerin verdiyi bu qərardan çox üzülür. Milyonlarla tamaşaçımızın Disney+ üzvü olduğunu bilirəm, Və mən bu qəraa görə özümü borclu sayıram. Hamınızdan üzr istəyirəm. Bu qədər özbaşına, tamaşaçılarına heç bir izahat vermədən belə bir qərar qəbul edən "Disney Plus"un rəhbərliyinin qərarını yanlış hesab edirəm...".

Ləman

MİA.AZ