Türkiyəli məşhur müğənni Aleyna Tilkinin bacısı Ayça Tilki də müğənniliyə başlayıb. Ancaq onun ilk mahnısına çəkdirdiyi klip sərt tənqidlərə tuş gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ayça Tilkinin "Gəl, könülümə görə ver" adlı mahnısına çəkilən klipdə sevgilisini dəfələrlə bıçaqlaması izləyicilər tərəfindən kəskin tənqid olunub.

Türkiyə mətbuatı yazır ki, bu xoşagəlməz fakt yeniyetmələri cinayətə sürükləyən "axmaq ənənə" yaradacaq.

Maraqlı budur ki, Ayça Tilki iradları qəbul etməyərək, klipini tənqid edənləri uşaqlarına sahib çıxa bilməməkdə ittiham edib.

O, "İnstagram"dakı səhifəsində yazıb: "Klipimin məzmununa görə çox tənqid olunuram, "uşaqlar bunlara baxır" deyə. Amma problem mənim klipimdə deyil, əziz valideynlər. Uşağınızın qayğısına qalmaqdan narahat olmamalısınız, uşaqlarınıza düzgün baxmalısınız. Mənim klipimə bənzər milyonlarla qorxu, triller və aksiyon filmləri var...".

Ləman

MİA.AZ