Türkiyədə konsertinə cəmi 8 nəfər gəldiyi üçün tədbiri təxirə saldığı deyilən Yavuz Bingöl sosial media hesabından paylaşım edib. 

Mia.az xəbər verir ki, Şanlıurfaya "Şanlı" adının verilməsinin 39-cu ildönümü münasibətilə Osmanbey Kampusunda konsert təşkil eləyən məşhur müğənni Yavuz Bingöl konsertinin təxirə salınmasını tamaşaçlarla deyil, texniki problemlə əlaqələndirib.

"İnstaqram" hesabında paylaşım edən müğənni yazıb: "Salam dostlar!

Urfa konsertimin ləğvi və 8 nəfərin konsertə gəlməsinin bu ləğvetməyə səbəb göstərilməsi sosial mediada çox müzakirə olunur. Urfa konsertim texniki səbəblərdən iyulun sonuna təxirə salınıb. Əvvəlcə bunu demək istərdim. Bundan başqa, 8 nəfər də mənim üçün dəyərli musiqi dinləyicisidir”.

Yavuz Bingöl postunun davamında əvvəlki konsertlərinə gələn tamaşaçılaırn sayını açıqlayıb.

Onun paylaşımlarını aşaığıda təqdim edirik:

Ləman

MİA.AZ