"Putin hələ də çox güclü liderdir, lakin qiyam ona zərər verdi".
Mia.az "Reuters"ə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Tramp iyunun 24-də Rusiyada baş verən "Vaqner"in silahlı üsyanı barədə danışarkən deyib.
Sabiq prezident deyib ki, bu üsyan Putinin xarizmasını zədələyib: “Lakin Putin hələ də oradadır və çox güclüdür. Amma açıq demək gərəkdir ki, o, indi bir çox insanın şüurunda bir qədər zəif lider kimi var-gəl edir”.
Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Ukrayna bəzi ərazilərini Rusiyaya güzəştə gedə bilər: "Mən bu müharibədə insanların ölməsini istəmirəm. Kiyev hökuməti Rusiyanı dayandırmaq üçün müəyyən ərazilərini vermək məcburiyyətində qala bilər...".
Zülfiyyə
MİA.AZ