Spirtli içkidən zəhərlənərək komaya düşən məşhur aktyordan xəbər var.
Mia.az xəbər verir ki, "Kurtlar Vadisi Pusu", "Beyaz Haşhaş", "Behzat Ç", "Karadayı", "Cesur Yürek", "Uğursuzluq", "Hukuksuz Torpaqlar" kimi bir çox layihədə yer alan aktyor Şekip Taşpınarın həyat yoldaşı "instagram"dakı səhifəsində onun intensiv müalicə aldığı xəstəxanadan son görüntüsünü yayımlayıb.
Görüntüdən aydın olub ki, əfsanəvi “Kurtlar Vadisi” serialında "Cevat Akarsu" obrazına həyat verən 54 yaşlı Şekip Taşpınar komadan ayılıb.
Bununla yanaşı, o, tanınmaz hala düşüb.
Belə ki, izləyucilər aktyorun kəskin şəkildə arıqlamasının səbəbləri ilə maraqlanıblar.
Aktyorun xanımı isə belə yazıb: "Biz yaxşıyıq, daha da yaxşı olacağıq. Hələ telefondan uzaqda xəstəxana otağında sağlığımıza qovuşmaq üçün çabalıyırıq. Sizlərin gözəl enerjiləri ile tezliklə toparlanacağımıza inanırıq...".
Xatırladaq ki, aktyor iyunun 8-nə keçən gecə Muğladakı Sıtkı Koçman Xəstəxanasına aparılıb. Təcili yardımda edilən müayinələr zamanı huşsuz vəziyyətdə olan Taşpınarın saxta spirtli içkidən zəhərləndiyi müəyyən edilib. Daha sonra aktrisa reanimasiya şöbəsində müalicə olunub və intubasiya edilib.
Ləman
MİA.AZ