Aktrisa və yazıçı Başak Sayan Qurban bayramı ilə bağlı paylaşım böyük narazılıq törədib.
Mia.az xəbər verir ki, İnstagram-dakı səhifəsində İslam dünyasının müqəddəs saydığı Qurban bayramla bağlı heç kimi təbrik etmədiyini deyərək, yazıb: "Mən heç kimin bayramını təbrik etmirəm. Çünki mənim üçün heyvanlara zülmün bayramı olmaz. Adı belə qurbanlıqdır. Zarafat kimi. Bunu edənlərin vicdan problemi var. Heç kəsin Qurban bayramı mübarək olmasın”.
Ləman
MİA.AZ