Bu gün Milli Televiziya və Radio
Şurasının növbəti iclası keçirilib.
Şuradan Mia.az-a daxil olan məlumata görə, iclasda Azərbaycan
Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının
göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-cü il
tarixli Sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların
çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması
məsələsinə baxılıb: "Milli
Televiziya və Radio Şurasının qərarına əsasən, milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz)
min manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib”.