Rusiyada dövlət çevrilişinə cəhd günü Moskvada konsert verən müğənni Petek Dinçöz sosial media hesabından paylaşım edib.
Mia.az xəbər verir ki, İnstagram-da paylaşım edən türkiyəli müğənninin sözlərinə görə, qiyam başlayan kimi internetə çıxış məhdudlaşdırılıb.
O bildirib ki, aylar əvvəl Moskvada bir toy üçün anlaşma edib və buna görə əri, köməkçisi və meneceriylə Moskvaya yollanıb: "Biz bura çatıb otelə yerləşdikdən sonra qiyamdan xəbər tutduq. internet olmadığından saatlarla dünya ilə əlaqə saxlaya bilmirik. Nəhayət, internetə çıxış üçün xüsusi proqram vasitəsilə "Instagram"a girə bildim...".
O, daha sonra narahat olan dostlarına mesaj verib: "Bizim üçün narahat olmayın.Hələlik hər şey nəzarət altındadır..."
Ləman
MİA.AZ