Simsar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Komitə sədri bildirib ki, Azərbaycanda gömrük bəyannamələrini "ASAN Xidmət” mərkəzlərində doldurmaq və gömrük orqanlarına elektron yolla göndərmək mümkün olacaq. O artıq bununla bağlı mütəxəssislər hazırlandığını deyib: "Gömrük orqanlarına həvalə olunan gömrük sənədlərinin qəbulu zamanı bəzən fiziki şəxslər sənədlərlə gəlirlər. Onlar proseduru bilmədikləri üçün bəyannaməni doldurarkən çətinlik çəkirlər”. Aydın Əliyev yaxın zamanlarda bu xidmətin "ASAN Xidmət” mərkəzlərində göstəriləcəyini bildirib: "Yalnız sənədləri təqdim etməklə, bəyannamənin elektron variantı ilə proses həyata keçiriləcək. Biz artıq bununla bağlı mütəxəssislər yetişdiririk. Bu, elə də problemli məsələ deyil”.
Gömrük bəyannamələri – “ASAN xidmət”də
"Azərbaycanda gömrük bəyannamələrini "ASAN Xidmət” mərkəzlərində doldurmaq mümkün olacaq”.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19