Məşhur reper Niki Minajdan "Titanik"in qalıqlarını görmək üçün 3000 metr dərinlikdə qəzaya uğrayan sualtı  gəmidə ölən milyarderlərlə bağlı qalmaqallı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünyaca məşhur reper "titanik"in qalıqlaırı görmək üçün 250 min dollar ödəyən milyarderləri tənqid edib.

Məlumata görə, 40 yaşlı Minaj "Queen Radio" radio proqramına müsahibəsində deyib ki, heç kim bundan sonra gərək "Titanik"ə baxmaq üçün sualtı qayığa tullanıb okeanın dərinliklərinə enməkdən danışmasın: "Bəzi insanlar bütün ömürləri boyu çalışsalar da, 250.000 dollar toplaya bilmir. Ancaq sizlər 250 min dolları sualtı gəmiyə minib hamının telekanallarda gördüyü bir gəminin qalıqlarını görməyə gedirsiniz. Dəyərdimi?".

Xatırladaq ki, 21 iyun 2023-cü ildə məşhur "Titanik"in qalıqlarını görmək üçün sualtı qayıq suya daldıqdan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxan 4 milyarder və onlardan birinin nəvəsi ilə əlaqə saxlayıb: "Sualtı qayıqda olan insanlar arasında britaniyalı milyarder Həmiş Hardinq, OceanGate şirkətinin baş direktoru Stokton Raş, Titanik gəmisinin məşhur kəşfiyyatçısı Pol-Henri Nargeolet, britaniyalı iş adamı Şahzadə Davud və dağıntıları ziyarət etməyə gələn Davudun 19 yaşlı oğlu Süleyman da olub. Onlar bu tur üçün adambaşına 250 min dollar ödəyiblıər".

Fərid

MİA.AZ