ATV kanalının məşhur aparıcısı Müge Anlı əri Şinasi Yüzbaşıoğlu ilə boşanacaqları ilə bağlı iddialara reaksiya verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, yayılan xəbərin yalan olduğunu deyib: "Biz indi məzuniyyətdəyik deyə Şinasi bəyə daha "ölüb" yazmayın. Mənə də “boşandı” deməyin. Bunları kim yazırsa, mənim sosial mediadan çox yaxşı istifadə edən izləyicilərim var. Onlar sizi spama salacaq...".
Aparıcı deyib ki, əri şir kimdiir: "Adam şir kimidir. Mən də çox xoşbəxtəm. Gözü olanların gözü çıxsın. Kim həyat yoldaşım haqda "öldü"yazırsa, başına gəlsin...".
Ləman
MİA.AZ