ABŞ-ın Nyu-York şəhərində konsert verən məşhur amerikalı müğənniyə telefonla zərbə endirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Bebe" ləqəbli Bleta Rexha səhnədə oxuyarkən bir tamaşaçı gözlənilmədən ona telefon fırladıb.
Nəticədə müğənni aldığı zərbədən diz üstə çöküb, onun başından qan axmağa başlayıb.
Məlumata görə, dərhal əməliyyata başayan polis telefonu fırladan 27 yaşlı şəxsi saxlayıb.
Aldığı zərbədən sonra səhnəni tərk edən müğənni isə "İnstagram"dakı hesabından paylaşım edib.
O, qaşının partladığını deyərək, bildirib ki, hazırda özünü yaxşı hiss edir. "İnstaqram"da 10,7 milyon izləyicisi olan müğənninin paylaşımına qısa zamanda minlərlə "keçmiş olsun" şərhi yazılıb.
Ləman
MİA.AZ