14 may prezident seçkilərində hazırkı prezident Ərdoöana qarşı çıxaraq Kamal Kılıçdaroğlunu dəstəkləyən sənətçilərə Türkiyədə konsert verməyə imkan verilmir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyəsi 61-ci Bursa Festivalı çərçivəsində səhnəyə çıxacaq Türk Xalq Müziği sənətçisi Hüseyn Turanın da konsert proqramını ləğv edib. 

Bu barədə bələdiyyə sədri Alinur Aktaş Tviter-də açıqlama yayıb.

Bildirib ki, seçki prosesi zamanı etdiyi paylaşımlarla gündəmə gələn Hüseyn Turanın iyulun 29-da Bursa Böyükşəhər Bələdiyyəsi Orkestri ilə səhnə alması planlaşdırılan konserti ləğv olunub: "61-ci Bursa Festivalı ilə bağlı razılaşmalar Bursa Mədəniyyət, İncəsənət və Turizm Vəqfi tərəfindən seçkidən aylar əvvəl edilib. Ancaq bəzi sənətçilərin seçki prosesi zamanı və sonrasında cəmiyyətimizə ayrı-seçkilik edən, dəyərlərimizə hörmətsizlik edən açıqlamalarını gördükdə, buna sakit yanaşmamamızı gözləmək  yersiz olardə. Belə ayrımçılıq edən Melike Şahinin konsertini ləğv etmişdik. Bu gün də Hüseyn Turan adlı sənətçini konsert proqramımızdan çıxardıq...".

Hüseyn Turan isə Tviter-dəki hesabında bu qərara cavabsız qalmayıb. O bildiirb ki, seçki vaxtı doğru addımar atmasını elə bu kimiqərarlar təsdiqləyir: "Əslində, mənim üçün medallıq məsələdir. Sözümdə yanılmamışammış...".

Xatırladaq ki, 14 may seçkiləri ilə bağlı sənətçinin əsas bu tviti - "Bütün namərdlərə inad olaraq, seçki elə ilk turda bitməlidir", - Ərdoğan iqtidarında qəzəb yaradıb 

Ləman

MİA.AZ