Aktyor Özgür Özberk piyada zolağına sürətlə girən sürücü tərəfindən döyülüb.
Mia.az xəbər verir ki, "Paramparça", "Çemberim Gül Oya", "Esaretim Sensin", "Yaralı Kuşlar", "Erkən Quş" və digər çoxsaylı seriallarda rollar alan tanınmış aktyor Özgür Özberk piyada zolağına sürətlə girən sürücüyə xəbərdaqlıq edib. Bu xəbərdarlığı isə başına bəla olub.
Bu barədə "İnstagram"dakı səhifəsində döyülmə faktını təsdiq edən fotolarını oaylaşan aktyor bildirib ki, sürücüyə xəbərdarlıq etməsi döyülməsinə səbəb olub: “Piyada səkisinə sürətlə girən maşına "diqqət et" dediyim üçün döyüldüm. Zərbədən yıxıldım, yerdə belə başıma təpik yedim. And olsun, bu ölkədə şansa yaşayırıq. Problem suriyalı, əfqan probemi deyil. Vicdan problemi...
Şükür, yaxşıyam, amma bezdim bu ölkədəki gündəlik hoqqalardan. Siz siz olun, gözünüzü dörd açın və gərəksiz dartışmalara girməyin...".
Ləman
MİA.AZ