Bir neçə gün əvvəl həyat yoldaşı Uğur Akkuşun 500 min dollarlıq dələduzluq etməsinə görə saxlanılan türkiyəli model Ebru Şallı vaxtından əvvəl pensiyaya çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
45 yaşlı model bildirib ki, "Əməklikdə Yaşa Takılanlar" (EYT) kateqoriyasına daxil olaraq, nəhayət, gözlədiyi şad xəbəri aıb: "EYT-li idim. Müraciət etdim, pensiyaya çıxdım. Pensiyam 7 min 500 TL-dir. Pensiyanın Qurban bayramı ilə bağlı bonusu bayramdan əvvəl gəldi. Hələ onu xərcləməmişəm".
Bir neçə gün əvvəl həyat yoldaşının hava limanında saxlanıklmasına gəldikdə, model deyib ki, o, ifadə verməsi üçün saxlanılaraq prokurorluğa aparılıb: "İfadə verdikdən sonra buraxıldı. Ancaq bəzilərinin iddia etdiyi kimi, məni saxlayan olmayıb".
Xatırladaq ki, Ebru Şallının həyat yoldaşı Uğur Akkuş bazar günü məşhur modellə tətildən qayıdarkən 500 min dollarlıq dələduzluq ittihamı ilə saxlanılıb. Türkiyə mətbuatı yazır ki, o, "Bentley" markalı lüks avtomobilini borclu olduğu şəxsə verdikdən sonra şikayət geri çəkilib və o, sərbəst buraxılıb.
Ləman
MİA.AZ