3 il əvvəl infarkt keçirən həyat yoldaşını itirən məşhur aktrisa Özgü Namal 9 ildən sonra çəkilişlərə dönüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa "Qırmızı qönçələr" serialında rol alacaq.
Bu barədə türkiyəli jurnalist Birsen Altuntaş sosial şəbəkə heabında məlumat verib. O, bildiirb ki, Özgü Namala onu "yola gətirəcək" maaş vəd olunub: ""Gold Film"in rəhbəri Faruk Turqut aktrisa ilə yeni serial üçün əl sıxışıb. Yeni mövsümün ən diqqətçəkən seriallarından biri olacağı gözlənilən "Qırmızı Qoncalar"ın ssenari müəllifi isə “Vatanım Sensin”, “Atatürk” və “Klub” kimi nəhəng büdcəli serialların müəllifi Necati Şahindir".
Ləman
MİA.AZ