Ay yarım əvvəl İzmirdə evi yanan İbrahim Tatlısəs bina tikən şirkətə üsyan edib.

Mia.az xəbər verir ki, bu barədə İbrahim Tatlısəs sosial şəbəkədəki hesabında paylaşım edib.

Məşhur sənətçi bildirib k, binada təkcə mənzili deyil, 45 ildə qazandığ mükafatlar məhv olub: "Hər kəs "keçmiş olsun, eviniz yanmış" deyir. Mən deyirəm, evimiz yansa yaxşıdır, mənim gəncliyim yandı, 45 ildə aldığım mükafatlarım yandı. 5 il vergi rekordçusu olub adlığım mükafatlar yandı. Hələ şirkət rəhbərləri günahkar olsa da, "biz ev sahiblərindən necə pul ala bilərik" düşüncəsindədir. Sənə 5 qəpik verməyəcəyəm".

Ləman

MİA.AZ