Azərbaycan
Respublikası Dövlət Neft Fondu bildirir ki, 2014-cü ilin yanvar-mart ayları ərzində
Neft Fondunun büdcə gəlirləri 3 005,0 milyon manat, büdcə xərcləri
isə 2 443,3 milyon manat təşkil edib.
Bu barədə Mia.az Fondun mətbuat
xidmətindən daxil olan məlumatda bildirilir ki, 2014-cü ilin ilk 3 ayı ərzində
Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı
gəlirləri 3 006,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından
2 991,2 milyon manat, tranzit gəlirləri 2,3 milyon manat, bonus ödənişləri 13,3
milyon manat təşkil eləyib:
Cari
ilin əvvəlində Ukrayna ilə bağlı hadisələrin nəticəsi olaraq Neft Fondunun
Rusiyadakı investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunmuşdur.
Bununla bağlı digər investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq Fondun vəsaitlərinin
idarə olunması cari ilin birinci rübü ərzində 1,8 milyon manat həcmində zərərlə
nəticələnmişdir. Sonrakı aylarda Rusiya şirkətlərinin səhmlərinin qiymətlərində
sabitləşmə və müəyyən artım baş vermiş və 2014-cü ilin 1 yanvar - 15 may tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 87,8 milyon
manat təşkil etmişdir.
2014-cü ilin yanvar-mart ayları ərzində valyuta
məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar
gəlirləri 10,1 milyon manat təşkil etmişdir. O cümlədən, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə
Fondun büdcədənkənar gəlirləri 60,8 milyon manat, ABŞ dolları, Avro, İngilis
funt sterlinqi və digər valyutalarının dəyişməsindən yaranan fərq üzrə Fondun
büdcədənkənar xərcləri 50,7 milyon manat təşkil etmişdir.
2014-cü il aprelin 1-ə Fondun aktivləri 2014-cü
ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 2,07% artaraq 36
618,4 milyon ABŞ dollarına bərabər olmuşdur.
2012-ci ildən etibarən Neft Fondu qızılın
alınmasına başlamışdır və 1 aprel 2014-cü il tarixinə Fond tərəfindən
alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir”.