Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Ailə və Sosial Xidmətlər naziri təyin olunan Mahinur Özdemir Göktaşın paylaşımına müğənni Demet Akalın maraqlı reaksiya verib.

Mia.az xəbər verir ki, Ailə və Sosial Xidmətlər naziri təyin olunması ilə bağlı Göktaş sosial media hesabında yeni vəzifəsi ilə bağlı paylaşım edib. O, “Türkiyə Əsrin Kabinetində Ailə və Sosial Xidmətlər Naziri olaraq millətimizə xidmət etmək şərəfini mənə əmanət edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm”, - yazıb.

Onun bu paylaşımına məşhur müğənni Demet Akalın belə şərh yazıb: "5 dil bilən Ailə nazirini ürəkdən təbrik edirəm. Qadına qarşı şiddətlə bağlı sizi yaxından izləyəcəyik".

Ləman

MİA.AZ