Dünyaca məşhur aktyor Al Paçinonun 83 yaşında ata olacağı xəbəri bütün dünyada əks-səda doğurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məşhur aktyor 8 aylıq hamilə olduğu deyilən Nur Alfallahın onu aldatmasından şübhələnib.
ABŞ mətbuatı yazır ki, məşhur aktyor "kimsəni hamilə buraxa biləcəyi"nə inanmadığı üçün DNT testi tələb edib.
Məlumata görə, 29 yaşlı Nurun Paçinonun istəyi ilə DNT testi verib və körpənin atasının həqiqətən Al Paçino olduğu təsdiqlənib.
Məlumata görə, 82 yaşlı Oskar mükafatçısının üç övladı var və 2022-ci ildən bəri 29 yaşlı Alfallah ilə romantik münasibətdədir.
Ləman
MİA.AZ