22 may Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibovun doğum günüdür. Mərifət Əhməd oğlu Nəsibov 1972-ci il mayın 22-də Qazax rayonu Məzəm kəndində anadan olub. O, 1990-cı ildə könüllü olaraq Milli Orduya yazılmış, işğalçı Ermənistanla sərhəd kəndlərin müdafiəsində fədakarlıqla vuruşmuşdur. 1992-ci il yanvarın 28-də Qazax rayonu Quşçu Ayrım kəndinin müdafiəsində qəhrəmancasına həlak olmuşdur.
Qazax
rayonu Məzəm kəndində dəfn edilib, rayon mərkəzində adına bulaq tikilib.
23 may Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum günüdür. Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonu Böyükdüz kəndində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edirdi, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.
QAT
Mətbuat Xidməti