Bu gün İordaniyanın vəliəhd şahzadəsi II Əl Hüseyn bin Abdullah və Racva Al Saif evləniblər. 

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, mərasimdə bir çox dövlət başçıalrı və ya onların xanımları qatılıblar.

Məlumata görə, İordaniya vəliəhdinin toy mərasimi üçün yerli vaxtla saat 16:00-da dünya liderləri, kral ailəsi üzvləri və yüksək səviyyəli siyasi xadimlər Kral və Kraliça tərəfindən qonaq olduqları Zəhran Sarayına gəlməyə başlayıblar.

Çoxdan gözlənilən İordaniya kral toyu regional və dünya miqyasında böyük marağa səbəb olub. 

Toyda iştirak edən ərəb liderləri arasında Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed, Qətər Şeyx Moza bint Nasser, Küveytin Vəliəhdi Şeyx Məşəl Əl Əhməd Əl Cabir Əl Sabah, Bəhreyn Vəliəhdi Salman bin Həməd Əl Xəlifə, Oman Theyazin bin Haitham bin Tariq Al Said, İraq prezidenti Əbdüllətif Rəşid, İraq muxtar Kürdüstanının baş naziri Məsrur Bərzani və Livanın müvəqqəti baş naziri Nəcib Mikati, o cümlədən İngiltərə şahzadəsi Uilyam və şahzadə Keyt, ABŞ-ın birinci xanımı Cil Bayden və ABŞ-ın İqlim üzrə xüsusi elçisi Con Kerri, Malayziya Kralı Əl Sultan Abdullah Sultan Əhməd Şah, Hollandiya Kralı Villem-Aleksandr, Kraliça Maxima və Şahzadə Katharina-Amaliya, İsveçin vəliəhd şahzadəsi Viktoriya və onun əri Şahzadə Daniel, Belçika Kralı Filip və şahzadə Elizabet, vəliəhd Şahzadə və onun danimarkalı həyat yoldaşı Meri və digər çoxsaylı nüfuzlu qonaqlar da olublar. 

Lamiyə Əhmədli

MİA.AZ