Türkiyənin ustad aktyorlarından olan Kadir İnanır Kann Film Festivalında mükafat aldıqdan sonra etdiyi çıxışı görə hökumət rəsmiləri tərəfindən "süngü" ilə qarşılanan aktrisa Merve Dizdarın müdafisinə qalxıb.
Mia.az xəbər verir ki, bu barədə İnstagram-dakı səhfəsində paylaşım edən ustad aktyor "Hörmətli olun, ayağa qalxın, alqışlayın”, - deyə tənqidçilərə səslənib: "Dünyanın ikinci ən böyük film festivalı olan Kann Film Festivalında mükafat qazanan Merve Dizdarı və filmin yaradıcılaırnı ürəkdən təbrik edirəm. Bu, kompleks həvəskarlara xəbərdarlığımdır: hörmətli olun, ayağa qalxın və alqışlayın".
Merve Dizdar 76-cı Kann Film Festivalında Nuri Bilge Ceylanın "Kuru Otlar Üstünə" filmindəki performansına görə "Ən Yaxşı Qadın Oyunçu" Mükafatını alıb.
Mükafatlandırma mərasimində çıxış edən Merve Dizdar filmdə canlandırdığı "Nuray" obrazının inandığı və varlığı üçün mübarizə aparan və bu işin bədəlini ödəməli olan bir qadın olduğunu deyib: "Onu tanımaq, anlamaq üçün uzun müddət çalışmaq istərdim, amma təəssüf ki, yaşadığım coğrafiyada qadın olmaq duyğusunu Nuray və Nuray kimilərin doğulduğu gündən əzbər bilmək gərəkir. Mükafatı Nurayın və onun kimi qadınların mücadiləsinə güc verə bilmək üçün, özünə layıq görülənlərə boyun əyməyib, etiraz edən və bu uğurda hər şeyi gözə alan, nə olursa olsun, umud etməkdən vaz geçməyən bütün qız qardaşlarıma və Türkiyədə haqq etdiyi gəzəl günləri yaşamağı gözləyən bütün mübariz ruhlara ərmağan edirəm".
Ləman
MİA.AZ