Kann Film Festivalına boynuna edam ipi olan geyimdə qatılan iranlı model Mahlagha Caberi dünya mediasında böyük maraq oyadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İrandakı mitinqlərdə tutulanların edam olnmasına diqqət çəkmək üçün cəsur davranan aktrisanın hərəkəti İranda seərt etirazla qarşılanəb.
Bununla bağlı "İnsatagram"dakı səhifəsində Mahlagha Caberi edamı tərənnüm edən və ətəyində "edamı durdurun" sözləri yazılan geyimi barədə yeni paylaşım edib.
4 milyon izləyicisi olan səhifəsində özünə haqq qazandıran model təəssüflənib ki, festivalda geyiminin arxasında İran rejiminə qarşı daha bir mesaj olub: "Lakin paltarımın arxasını göstərməyə təşkilatçılar imkan vermədi. Amma hesab edirəm ki, buna baxmayaraq, diqqəti çəkdim".
Məlumata görə, bu geyimlə rejimə mesaj verən modelin davranışı İran hakmiyyətində sərt qarşıalnıb. Onlar festival təşkilatçılarını mədəni tədbiri siyasiləşdirməkdə ittiham etməklə yanaşı, modelə çox ağır ittihamlar ünvanlayıblar.
Ləman
MİA.AZ