Türkiyə mədəniyyət nazirinin xanımının “Kuru Otlar Üstünə” tamaşasına görə "Ən Yaxşı Qadın Oyunçu" mükafatını qazanan aktrisa Merve Dizdarı təbrik etməsi hakim partiyada qəzəblə qarşılanıb.

Mia.az xəbər verir ki, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoyun həyat yoldaşı Pervin Ersoy "İnstagram"dakı səhifəsində aktrisanı təbrik edərək yazıb: "Böyük alqışlar, sevgili Merve Dizdar".

Nazirin xanımının bu təbriki isə Türkiyədə vəzifəli şəxslər tərəfindən xoş qarşılanmayıb.

Ərdoğanın lideri olduğu AK Partiyanı MKYK üzvü Metin Külünk isə bir qədər irəli gedərək, nazirin xanımını xoşagəlməz formada qınayıb: “Deyəsən, CHP-li bir deputatın həyat yoldaşı kimidir.  Bütün dünyanın gözü qarşısında ölkəmizi aşağılayana sosial şəbəkədə dəstək vermək qəbuledilməzdir".

Qeyd edək ki, mükafatlandırma mərasimində çıxış edən aktrisa Merve Dizdar filmdə canlandırdığı "Nuray" obrazının Türkiyədə yaşayan qadınların tipik obrazı olduğunu deyib: "...yaşadığım coğrafiyada qadın olmaq duyğusunu Nuray və Nuray kimilərin doğulduğu gündən əzbər bilməsi. Mükafatı Nurayın və onun kimi qadınların mücadiləsinə güc verə bilmək üçün, özünə layıq görülənlərə boyun əyməyib, etiaz edən, bu uğurda hər şeyi gözə alan və nə olursa olsun, umud etməkdən vaz geçməyən bütün qız qardaşlarıma və Türkiyədə haqq etdiyi gəzəl günləri yaşamağı gözləyən bütün mücadiləçi ruhlara ərmağan edirəm".

Ləman

MİA.AZ