Xəbər verdiyimiz kimi, rejissor Nuri Bilge Ceylanın çəkdiyi “Kuru Otlar Üstünə” filmindəki performansı ilə alqış toplayan Merve Dizdar dünyanın ən nüfuzlu kino mükafatlarından sayılan Kann Film Festivalında "Ən Yaxşı Qadın Oyunçu" Mükafatını alıb. 

Mia.az xəbər verir ki, minlərlə təbrik mesajı alan aktrisa bununla yanaşı, mükafat alarkən etdiyi çıxışa görə sərt tənqidlərlə də üzləşib.

Onun mükafatlandırma mərasimindəki çıxışı əsasən iqtidara yaxın dairələr tərəfindən tənqid olunsa da, sənət dünyasından böyük dəstək alır.

Məşhur aktrisa Demet Özdemir həmkarının tarixi uğrunu möhtəşəm sayaraq onu tənqid edənlər qarşı çıxıb.

Məşhur aktrisa sosial media hesabından paylaşım edərək Dizdara dəstək olub: "Qadınların müvəffəqiyyətli olması sizin zorunuza gedir, çox yaxşı anlayıram! Amma sizə pis xəbərim var. Qadınlar bacaraqlıdır, belə davam edəcək. Alqışlamağı öyrənəcəksiniz! Burada bonus qazana bilməzsiniz. Gözləməyin".

Xatırladaq ki, mükafatlandırma mərasimində çıxış edən Merve Dizdar filmdə canlandırdığı "Nuray" obrazının inandığı və varlığı üçün mübarizə aparan və bu işin bədəlini ödəməli olan bir qadın olduğunu deyib: "Onu tanımaq, anlamaq üçün uzun müddət çalışmaq istərdim, amma təəssüf ki, yaşadığım coğrafiyada qadın olmaq duyğusunu Nuray və Nuray kimilərin doğulduğu gündən əzbər bilmək gərəkir.  Mükafatı Nurayın və onun kimi qadınların mücadiləsinə güc verə bilmək üçün, özünə layıq görülənlərə boyun əyməyib, etiraz edən və bu uğurda hər şeyi gözə alan, nə olursa olsun, umud etməkdən vaz geçməyən bütün qız qardaşlarıma və Türkiyədə haqq etdiyi gəzəl günləri yaşamağı gözləyən bütün mübariz  ruhlara ərmağan edirəm".

Ləman

MİA.AZ