Zəfər Partiyasının sədri Ümit Özdağ Kamal Kılıçdaroğluna dəstək qərarı ilə bağlı FOX TV-yə müsahibə verib.
Mia.az xəbər verir ki, müsahibədə aparıcı ona belə bir sual verib: "2-ci turda Kılıçdaroğlu deyil, Ərdoğan qalib gəlsə, nə olacaq?".
Bu suala cavab verən Özdağ deyib ki, ölkədə sığınacaq axtaranların problemini həll edə bilməyən Türkiyə heç bir problemini həll edə bilməz: "O zaman əlim qırıldımı deməyin, qızıma edilən bu əxlaqsız hücumun haradan gəldiyini deməyin. O zaman pomidor niyə bu qədər bahadır, niyə o məhsul, bu məhsul, o mal, kirayeler bu qədər bahadi deməyin. Siz bunları bilirsiniz və bundan qurtulmaq imkanınız var".
Özdağ xalqı sıxıntılardan qurtulmaq üçün mayın 28-də seçkiyə getməyə çağırıb.
Samir
MİA.AZ