Mahnıları və rəqsləri ilə geniş pərəstişkar kütləsinə sahiblənən Ankaralı Ayşə TV8-də yayımlanan 2-ci səhifə proqramının qonağı olub.
Mia.az xəbər verir ki, müğənni 13 il əvvəl səhnədə ifa edərkən arxasında rəqs edərək məşhurlaşan aktrisa Demet Özdemir haqqında danışıb.
Ankaralı Ayşə deyib ki, Demet işinə çox sadiq və zəhmətkeş olub: "Verilişə bacısı ilə, rəqqasə kimi gəlib çörəyini bu yolla qazanıb. Mən hər zaman güclü qadınları dəstəkləyirəm. Demetin sadəlövhliyi və gözəl geyinməsini unutmaram. O vaxtlar kmandamda könülsüz adam istəmirdim, Demetin məşhur olmaq enerjisi var idi. İşinə çox sadiq, vaxtında işinə gələn və tapşırıqlarını yerinə yetirən şəxsin uğuru qaçılmazdır. Demet belərindəndir".
Müğənni bildirib ki, Demet bacısı ilə rəqs məktəbində oxuyub: "Həmin günün puluna hər proqrama görə ona 50 tl ödənilirdi...".
Ləman
MİA.AZ