Vəzifədən sui istifadə edib professor, akademik olmaq gərəkirsə, bəyəm
rəhmətlik uluöndər Heydər Əliyev, yaxud da indiki Prezidentimiz İlham Əliyev
professor, akademik ola bilməzdilərmi?
Biz
savadsızlığı, belə demək olarsa, ləğv etsək də, savad əldə edə bilməmişik, əsl
ziyalı, alim, mütəxəssislər yetişdirə bilməmişik, yetişdirdiklərimizi
Neyləsinlər, onlar
da yaşamaq istəyirlər, ucuz,asan yolla özlərinə güzəran yaratmaq istəyirlər.
Çoxları vəzifəyə gedəndən sonra alimlik eşqinə düşürlər, elə "alimlik” dərəcəsi
də alırlar, elmlər namizədi olanlar tez bir zamanda professor, hətta akademik
olurlar və buna necə vaxt tapırlar bu da çox maraqlıdır, illərlə
laboratoriyada, kitabxanalarda ömürlərini qurban verənlərsə, bu titullara sahib
ola bilmirlər, çoxları da maddi sıxıntıdan elmlə belə məşğul ola bilmirlər. Bu
qədər elmi tədqiqat institutlarımız,ali təhsil müəssisələrimiz var, hansına
gedirsən, nərdtaxta, şahmatdan vururlar, işin qurtarmağını gözləyirlər ki,
görək iş vaxtı nə vaxt qurtaracaq. Əvvəllər,yəni sovet vaxtı hamı kommunist
partiyasına keçməyə çalışırdı, çünki partiyaçı olmayanlara vəzifə
vermirdilər,indi də hamı ptofessor olmaq istəyir ki, tez bir vəzifəyə getsin və
gedirlər də.Gedən də öz ştatlarını saxlayırlar ki,vəzifədən çıxandan sonra yenə
köhnə yerlərinə qayıda bisinlər. Belələrinin ucbatından yüzlərlə insan işsiz
qalır.Vəzifədə otura-otura müəlimlik edir, kafedra müdiri olur, elmi
laboratoriyalara rəhbərlik edir, ayda-ildə bir dəfə ora baş çəkir. Soruşan
yoxdur ki, əgər sizsiz bu işlər gedirsə, onda o ştatlar kimə lazımdır və
dövlətin bu pullarını niyə havaya sovurursuz? Əslində özünə alim deyən kəs özü
bu vəzifələri qəbul etməməlidir. Mənə qalsa heç bir professora vəzifə
vermərəm.yaxşı alimsənsə get elmlə məşğul ol, alimlər yetişdir elmi "şkola”
yarat.millətə,dövlətə daha xeyirli ol.Beləliklə bəzən o axında yaxşı
alimlərimiz də olur ki,onlara administrativ işlər verməklə onları da itirmiş
oluruq.
Axı nazir, icra
başçısı və ya hər hansı bir icraedici orqanda çalışmaq üçün mütləq professor
olmaq lazımdır? Vəzifədən sui istifadə edib professor,akademik olmaq
gərəkirsə,bəyəm rəhmətlik ulu öndər Heydər Əliyev, yaxud da indiki
Prezidentimiz İlham Əliyev professor, akademik ola bilməzdilərmi?
P.S. Bəzən fikirləşirəm ki,yığasan bütün özünə alim
deyənləri,döşünə döyənləri,deyəsən ki,kim özünə alim deyirsə, bir addım irəli
gəlsin, onları hər şeylə təmin edəsən,və şərt qoyasan ki, 6 aya, bir ilə məhsulu
qoy ortalığa, vallah onların içindən hər sahədə 5-6 adamdan başqa bir nəfər
ortaya çıxsa onda gərək mən heç nə bilməyəm. O 5-6 nəfərlə də millət qürur duyar
və onları əl içində saxlayar.
Samir Turan (Cəfərov)
Milli Hərəkat Partiyasının
sədri
Fəlsəfə doktoru,
Şair-publisist