Aktrisa Hazal Kaya mayın 28-də keçiriləcək prezident seçkisində müşahidəçi olacaq.
Mia.az xəbər verir ki, bu barədə o, "İnstagram"dakı hesabında paylaşım edib.
Onun paylaşımında deyilir: "Mən müşahidəçi oldum. Dəftərimi və qələmimi götürdüm, onlayn müşahidə təlimimin başına oturacağam. Sandıq başında süd sağacağımı düşünməzdim. Bu da olacaq. Hər şey uşaqlarımızın, gənclərimizin gələcəyi üçündür. Siz də müşahidəçi olun, hadı canlaırm...".
Xatrladaq ki, 2019-cu ildə aktyor Ali Atay ilə ailə quran Hazal Kayanın 2019-cu ildə oğlu Fikrət Ali Atay, 2023-cü ildə isə qızı Süreyya Leyla anadan olublar.
Onu da qeyd edək ki, Kamal Kılıçdaroğlu xalqa səslənərək, seçki məntəqələrində saxtakarlıq olmaması üçün müşahidəçilərə böyük ehtiyaclarının olduğunu deyib.
Bu yerdə onu da bildirək ki, 14 may seçkisində Millət İttifaqı sandıq başına 560 mindən çox müşahidəçi yerləşdirmişdi.
Ləman
MİA.AZ