Çoxsaylı film və serial layihələrində rol alan usta aktrisa Nurseli İdiz TV8 ekranlarında yayımlanan "2-ci Səhifə" proqramının qonağı olub.
Mia.az xəbər verir ki, İdiz son zamanların rekord qıran "Yalı Çapkını" serialında baş rolu canlandıran Mert Ramazan Demirlə bağlı diqqət çəkən açıqlamalar verib.
Mert Ramazan Dəmirin aktyorluq performansının həddən artəq şişirdildiyni deyən Nurseli İdizın sözlərinə görə, əslində, bu, qabardıldıöı kimi yüksək deyil: "Onun aktyorluq qabiliyyətində əlahiddə heç nə tapa bilmirəm, amma görüürəm ki, bu uşağı çox yuxarı götürürlər. Çox gəncdir, daha dəqiq qiymət verməyim üçün bir neçə oyununu görməliyəm. Düzünü deyim, mən də antipatiya yaradır. Onun oyundan elektrik ala bilmirəm. Nə həddən artıq yaraşıqlı deyil, nə də aktyorluğu son dərəcə yaxşıdır...".
Aktrisa deyib ki, belələri çoxdu, amma 5-10 ildən sonra yoxa çıxır, bitirlər: "Bəzən gənc aktyorları o qədər şişirdirlər ki, 10 ildən sonra onlar depressiyaya düşürlər...".
Xatrladaq ki, baş rollarda Afra Saraçoğlu, Mert Ramazan Demir, Beril Pozam, Buçe Buse Kahraman, Diren Polatoğulları, Gülçin Santırcıoğlu, Emre Altuğ, Gözde Kansu, Öznur Serçeler, Çetin Tekindor və Şerif Sezerin yer aldığı "Yalı Çapkını" serialı reytinqli serialıdır.
Ləman
MİA.AZ