Baş rollarda Afra Saraçoğlu, Mert Ramazan Demir, Beril Pozam, Buçe Buse Kahraman, Diren Polatoğulları, Gülçin Santırcıoğlu, Emre Altuğ, Gözde Kansu, Öznur Serçeler, Çetin Tekindor və Şerif Sezerin yer aldığı "Yalı Çapkını" serialı hər bölümü ilə gündəmdə qalmağa davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son bölümdən Doğukan Polatın möhtəşəm canlandırdığı "Fuat"ın ölüm səhnəsi ilə sənət dünyasında və izləyicilərdə böyük maraq oyadan "Yalı Çapkını"nda daha bir ayrılıq yaşanacaq.
Məlumata görə, biu həftədəki bölümdə "Hattuç xala" obrazını canlandıran Şerif Sezer də serialdan ayrılacaq.
Qeyd olunub ki, 76 yaşlı usta oyunçu artıq "İnstaqram"da serialın təqibçiliyini də dayandırıb.
Ləman
MİA.AZ