Ötən gün  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilən Anar İbrahimovun "Həmkarlar"dakı postuna bu gün yeni seçki keçirilib.

Mia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsini də icra edən Anar ibrahimov bu gün bu postu "Həmkarlar"dakə ən etibarlı kadrı olan Maliyyə-təsərrüfat şöbəsinin müdiri Qəzənfər Abdullayevə təhvil verib.

Mia.az-ı məlumatlandıran şəxs deyir ki, A.İbrahimov əvvəlki vəzifəsinə məhz onun seçilməsini israr edib.

Bu barədə keçirilən iclasda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev isə "mənim üçün problem yoxdur" deyib.

Beləliklə, Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yeni müavini kimi ilk "hökmü"nün icrasına nail olub.

Samir

MİA.AZ