Məşhur aktrisa Deniz Çakır mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı qərarsız seçicilərə müraciət edib.

Mia.az xəbər verir ki, o, bu barədə İnstagram-dakı səhifəsində yazıb.

Aktrisa ölkədə artan uşaq istismarı və qadın cinayətlərinə diqqət çəkərək, 14 mayda səs verməyən 8 milyona yaxın seçiciyə üz tutub, onları 28 mayda səsverməyə çağırıb: “Bəzi boş-boş danışanlara sözüm var... Bilirsiniz, səs verməyən qərarsız seçicilərə... 

Bu ölkədə uşaq istismarı aparan bağışlanıb. Ölkə qadın məzarlığına çevrilib... İndi qərarsız olmaq qadınları tamamilə gözdən salan bir zehniyyətə yol verməkdir...

Qərarsız qalmaq bu ölkəni qaranlığa qərq etməkdir. Səs verin, səs verin, biz gözəl insanlarıq, unutmayın...".

Aktrisanın paylaşımını aşağıda olduğu kimi təqdim edirik: 

Ləman

MİA.AZ