ATV -də yayımlanan "Mən bu cihana sığmazam"ın "Firuzə"si, məşhur aktrisa Pelin Akil mayın 14-də keçirilən seçkidə etibarsız səs verənləri və korlanan bülletenlərini paylaşan seçicilərə "od püskürüb".

Mia.az xəbər verir ki, tanınmış aktrisa sosial şəbəkə hesabında etdiyi paylaşımda bülletenə "Çempion Qalatasaray #23", "Siyasi Görüş Beşiktaş", "Ali Koç istefa" kimi qeydlər yazanların əməlini qınayıb.

O, etibarsız sayılan bir milyon 363 min 143 bülleteni qəsdən korlayanların hərəkətini qəbuledilməz sayıb: "...Sözüm əli titrəyən, möhürü sürüşdürən adama deyildi. Hər kəs istədiyi partiyaya səs verə bilər. Sözüm bülletenləri cızaraq, futbol komandalarını yazıb, paylaşmaq xatirinə etibarsız sayanlardı. Uşaqlarımızın gələcəyini düşünməyən, şəkil çəkdirmək xatirinə səsvermə bülletenini gözdən salan, lağa qoyan şüursuz axmaqlaradır. 

Bu etibarsız səslər bütün partiyalara təsir edən faktdır. Hər kəs üçün zərər. Bunun altında başqa bir şey axtarmaq və axtaranlara arxalanmamaq lazımdır".

Aktirsa sonda izləyicilərinə xəbərdarlıq edib: "Səhifəmdə yazılan təhqiredici şərhlərə və mesajlara qarşı hüquqi tədbir görüləcək".

Aktrisanın paylaşımını aşağıda təqdim edirik:

Ləman

MİA.AZ