Star TV-də yayımlanan "Yüz İllik Möcüzə" serialı reytinq yarışında özünə yer tuta bilmədiyindən əlavə bölümlərin çəkilişinə vida edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, peşəkar aktyorlaırn rol aldığı serial iyunun 15-də ekran macərasına son verəcək.

Məlumata görə, baş rollarda Ebru Şahin, Birkan Sokullu, Ebru Şahin, Zerrin Tekindor, Necip Memili, Gözde Seda Altuner, Laçin Ceylan, Ayşegül Cengiz, Yalçın Hafızoğlu, Merve Nur Bengi, Zehra Çalcı, Ecem Çalçının rol aldığı "Yüz İllik Möcüzə" serialı gözlənilən uğuru qazana biməyib.

Türkiyəli jurnalist Birsen Altuntaşın xəbərinə görə, Hilal Saralın rejissorluğunu etdiyi, ssenarisini Nuran Evren Şitin yazdığı serial gözlənilən izləyici kütləsi toplaya bilməyib: "Cümə axşamı günü 9-cu bölümü yayımlanacaq. 15 iyunda isə serial 13-cü bölümü ilə ekrana vida edəcək".

Fərid
 
MİA.AZ