Məşhur aktrisa Bergüzar Korel 14 may seçkisində zəlzələ bölgəsində yaşayanların çoxunun Ərdoğan və onun partiyasına səs vermələrininə görə tənqid olunmalarına etiraz edib.
Mia.az xəbər verir ki, Bərgüzar Korel İnstagram-dakı hesabında paylaşım edib.
Aktrisa seçki nəticələrindən sonra zəlzələ bölgələrində səs verən vətəndaşlara qarşı "səlib yürüşü" aparanlara "dur" deyib.
O bildirib ki, həmin tənqid və təhqirləri yaşamağa çalışan insanlar oxuyur: "Axı, onların nə çəkdiklərini düşünmək gərəkdir...".
Aktrisanın paylaşımını olduğu kimi təqdim edirik:
Ləman
MİA.AZ