Uzun illər İstanbulda yaşayan və evləndikdən sonra Türkiyə vətəndaşlığını qəbul edən braziliyalı aktrisa Cessika Mey mayın 14-dəki seçkidə ilk dəfə səs verib.
Mia.az xəbər verir ki, bu barədə o, İnstagram-dakı səhifəsində paylaşım edib.
Aktrisa bildirib ki, "İlk səs verən unutmayan insandır".
Xatırladaq ki, “Yeni Gəlin”, “Mariya və Mustafa” və “Yalnız Kurt” seriallarında rol alan braziliyalı aktrisa Cessika Mey ötən il Türkiyə vətəndaşlığını qəbul edib. O, 2018-ci ildə Hüseyn Kara ilə ailə qurub və ötən il Türkiyə vətəndaşlığı müraciətinə ümsbət cavab verilib.
Ləman
MİA.AZ