Məşhur aktrisa Berrak Tüzünataç daxili işlər naziri Süleyman Soylunun SMS-lərinə ironik reaksiya verib.
Mia.az xəbər verir ki, İstanbuldan deputatlığa namizəd olan Süleyman Soylu seçki kampaniyası çərçivəsidə gündəlik görüş qrafiki barədə seçicilərini SMS xidməti vasitəsi ilə bilgiləndiirir.
Lakin onun bu SMS mesajları aktrisanı narazı salıb.
O, sosial media hesabından paylaşım edərək, nazirə maraqlı mesaj verib: "Hörmətli Soylu, mənə hər gün harada olacağınız barədə məlumat vermək məcburiyyətində deyilsiniz. Həqiqətən. Mən maraqlanaramsa, sizi taparam".
Zülfiyyə
MİA.AZ